"Karagümrük"ün baş məşqçisi Andrea Pirlo ilə "Tranzonspor" klubu maraqlanır.
Offsideplus.az xəbər verir ki, Pirlo Trabzon təmsilçisində baş məşqçi postuna əsas namizəddir. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
"Fənərbağça" klubu da Jorje Jesus klubdan ayrılacağı halda, italiyalı mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyir. Pirloya Səudiyyə Ərəbistanı klublarından da təklif var.