"Fənərbağça" klubunda son həftələrdəki çıxışı ilə diqqət çəkən Emre Mor gözlənilməz təklif alıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı cinah oyunçusu üçün İtaliyadan təkliflər var. “Torino” və “Bolonya” Emre Mor üçün transfer təklifi hazırlayıb. Emrenin təcrübə topladığını və gəncliyindəki səhvləri təkrarlamayacağını düşünən İtaliya təmsilçiləri 25 yaşlı futbolçunu sərmayə kimi görürlər. Emrenin icarə əsasında İtaliyaya gedə biləcəyi gündəmdədir. “Fənərbaxça” Emrə üçün 9-10 milyon avroluq təklif gözləyir.
Qeyd edək ki, adıçəkilən oyunçu bundan əvvəl “Dortmund”, “Celta Vigo” və “Olimpiakos” kimi komandalarda çıxış edib.