Türkiyə Super Liqasında 2023-24 mövsümünün başlama tarixi bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. Türkiyə Super Liqasında növbəti sezon 2023-cü ilin 11 avqustunda başlayıb, 2024-cü il 19 mayda bitəcək.

Qeyd edək ki, hazırda "Qalatasaray" turnir cədvəlində 63 xalla liderdir.