Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi hazırda Fransa "Marsel"ində çıxış edən Aleksis Sançes üçün hərəkətə keçib.

"Cim-bom" rəhbərliyi 34 yaşlı çilili forvard üçün qarşı tərəflə danışıq aparır.

Qeyd edək ki, Sançes karyerası ərzində "Barselona", "Arsenal", "Mançester Yunayted" və "İnter" kimi klublarda çıxış edib.