"Beşiktaş" klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Cenk Tosun zədə səbəbindən bir həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "BeİN Sports" məlumat yayıb.
Xatırladaq kİ, 31 yaşlı hücumçu ötən gün Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində keçirilən "Beşiktaş" - "Giresunspor" (3:1) oyununun 35-ci dəqiqəsində zədələnərək yerini Gedson Fernandesə buraxmışdı.
Qeyd edək ki, "qara qartallar" növbəti turda səfərdə "Trabzonspor"la qarşılaşacaq. Görüş aprelin 16-da saat 21:30-da başlayacaq.