"Qalatasaray" futbolçusu Kərəm Aktürkoğlu ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi 24 yaşlı vingerlə artıq danışıqlara start verib. Bu barədə "TRT Spor" məlumat yayıb. Bildirilir ki, yeni sözləşmə ilə Türkiyə millisinin üzvünün məvacibi də artacaq. Tərəflərin yaxın günlərdə razılığa gələcəyi qeyd olunur.
Kərəm Aktürkoğlu cari mövsüm "Qalatasaray"da 29 oyuna çıxıb, 8 qol və 3 assistlə yadda qalıb.