"Beşiktaş"ın futbolçusu Dele Alli İngiltərəyə qayıdır.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. "Beşiktaş" zədələnən futbolçunun sağalması üçün İngiltərəyə qayıtmasına icazə verib.

Qeyd edək ki, Alli cari mövsümün əvvəlində "Everton"dan icarə əsasında "Beşiktaş"a keçid etmişdi.