"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ölkəsinin TNT telekanalına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı forvard "Qalatasaray"da xoşbəxt olduğunu və burada qalmaq istədiyini qeyd edib:
"Parisdə dünyanın ən yaxşıları ilə oynadım, amma bu qığılcımı hiss etmədim. Həqiqətən, "Qalatasaray"da qalmaq istəyirəm".
Qeyd edək ki, İkardi ötən il icarə əsasında PSJ-dən İstanbul təmsilçisinə keçib.