"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu cari mövsümkü performansı ilə diqqətləri üzərinə çəkib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı forvardla "Napoli" klubu yaxından maraqlanır. İtaliya nəhəngi türk ulduz üçün 20 milyon avro xərcləməyə hazırdır. Bu keçid baş tutsa, "Qalatasaray" tarixinin ən bahalı transferi olacaq. Rekord 16 milyon avro ilə Badou Ndiayeyə məxsusdur.
Qeyd edək ki, Aktürkoğlu cari mövsüm 28 matça çıxıb, 8 qol və 4 assistə imza atıb.