"Fənərbağça" baş məşqçisi Jorje Jesusla yollarını ayırmaq qərarına gəlib.

 Offsideplus.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. İstanbul təmsilçisinin rəhbərliyi ötən gün Super Liqanın 27-ci turunda keçirilən "Beşiktaş" ilə matçda alınan 2:4 hesablı məğlubiyyətdən sonra portuqaliyalı çalışdırıcını göndərmək qərarına gəlib. Klub rəhbərliyinin bu gün iclas keçirərək sözügedən məsələ ilə bağlı qərar verəcəyi bildirilir.

Qeyd edək ki, "Fənərbağça" (25 oyun) 54 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Komanda lider "Qalatasaray"dan 9 xal geridədir.