Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, sözügedən komanda səfərdə "Ümraniyəspor"la qarşılaşıb. Son dəqiqədə vurulan qolla Mahirin komandası gərgin keçən oyundan 1 xalla ayrıla bilib.
Emreli bu matçda ilk "11-lik"-də meydana çıxıb və 67-ci dəqiqədə Endri Çekici ilə əvəzlənib.
Qeyd edək ki, "Konyaspor" (26 oyun) 35 xalla 8-ci pillədə yer alıb. "Ümraniyəspor" (26 oyun) isə 23 xalla 17-ci sırada qərarlaşıb.
2 aprel
Türkiyə, Super Liqa
27-ci tur
14:30 "Ümraniyəspor" - "Konyaspor" 2:2
Qollar: Demirtaş, 62-avtoqol. Onur Ayık, 89. - M.Diuf,82. Soner Dikmen, 90+7