Oyunlarda iştirak edərək fiziki gücünü qaytaran "Qalatasaray"ın futbolçuları Nikolo Zaniolo və zədəsini sağaldan Dris Mertensin ilk "11-liy"ə daxil ediləcəyi bildirilir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Zaniolonun Bakıda "Qarabağ"a qarşı yoldaşlıq oyunundakı (1:2) performansı məşqçi heyətini razı salıb. 2 ay öncə zədələnən belçikalı futbolçu Mertens isə komanda ilə məşqlərə çıxır. Hər iki futbolçunun sabah liqada "Adana Demirspor"la oyunda iştirakı gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" - "Adana Demirspor" matçı sabah Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.