Millimizin "Konyaspor" klubunda çıxış edən üzvü Mahir Emreli zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, o, komanda ilə məşqlərə başlayıb. 25 yaşlı hücumçu Superliqanın 26-cı turunda "Ümraniyespor"a qarşı keçirəcəkləri oyun üçün hazırlıq prosesinə qatılıb.

Qeyd edək ki, "Umraniyespor" - "Konyaspor" oyunu aprelin 2-də olacaq.