"Qalatasaray"ın və Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim yenidən Super Liqaya geri dönə bilər.
Offsideplus.az xəbər verir ki, "Trabzonspor" 69 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qara Dəniz təmsilçisinin rəhbərliyində təmsil olunan bəzi şəxslər təcrübəli məşqçini komandada görmək istəyir. Terimlə rəsmi danışıqların başlanacağı gözlənilir.
Qeyd edək ki, "Trabzonspor" bir müddət öncə Abdullah Avcını istefaya göndərib. Komandanı hazırda Orhan Ak çalışdırır.
Xatırladaq ki, "bordo-mavilər"də bü gün prezident seçkiləri keçiriləcək. Yeni klub rəhbərinin seçkilərə yeganə namizəd kimi qatılacaq Ərtuğrul Doğanın olacağı gözlənilir.