"Konyaspor" klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib.
Offsideplus.az xəbər verir ki, qurum Superliqanın XXVI turunda "Qalatasaray"la matçda baş verən insidentlərə görə Konya təmsilçisini 612 min 500 TL məbləğində cərimələyib. Klub bu qərara etirazlarını bildirib:
"Bunun ədalətdən uzaq olduğu açıq-aydın görünür. Biz bu cəzaları başa düşə bilmirik. Lazımi müraciətimizi Arbitraj Məhkəməsinə təqdim edəcəyik. Sonadək haqlı mübarizəmizi davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın".