“Kayserispor” klubu 3 futbolçusu ilə sözləşmənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yunanıstandan olan mərkəz müdafiəçisi Dimitrios Kolovetsios 2, Qanadan olan yarımmüdafiəçi Yav Akkah və türkiyəli vinger Ethem Balcı isə 3 illik müqaviləyə imza atıblar.