“Qalatasaray” rəhbərliyi Xuan Mataya məşqçilik təklif edib.

Offsideplus.az xəbər verir ki, rəhbərlik klubla müqaviləsi bu mövsümün sonunda başa çatacaq Mata ilə əməkdaşlığıa davam etdirmək istəyir.

"Sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk 34 yaşlı futbolçunu öz məşqçilər heyətində görmək istəyir. Okan Buruk Matanın komanda üzərində pozitiv təsirini, xüsusən legioner futbolçuların ona olan hörmətini yüksək dəyərləndirir.

Bu səbəbdən Buruk Mataya məşqçi kimi qalmağı təklif edib. Matanın təklifə necə cavab verdiyi açıqlanmayıb.