"Konyaspor" futbolçusu Samuel Eto`O ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu ilə 2020-ci ilin yayında başa çatacaq müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Kamerunlu oyunçuya 1 milyon avro təzminat ödəniləcək.
Qeyd edək ki, Samuel Eto`O ötən mövsümün ikinci yarısından "Konyaspor"da oynayırdı.(qol.az)