"Fənərbağça"nın futbolçusu Enner Valensiya klubun tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, Super Liqanın son turunda "Alanyaspor"la səfər oyununda (3:1) dubl edən ekvadorlu hücumçu klub tarixində bir mövsümdə ən çox qol vuran əcnəbi oyunçu olub.
Qeyd edək ki, 33 yaşlı forvard cari mövsüm ümumilikdə 35 rəsmi oyunda 29 qol vurub. O, İstanbul təmsilçisinin braziliyalı keçmiş futbolçusu Aleks de Souzanın rekordunu (28 qol) qırıb.