Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı reallaşıb.
Offsideplus.az xəbər verir ki, "Kasımpaşa" Selçuk İnanla yollarını ayırıb. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.
Qeyd edək ki, Selçuk İnanın 2022-ci ilin noyabrından çalışdırdığı komanda keçirdiyi 12 oyunda 3 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə üzləşib.