Türkiyə Super Liqasının XXVI turunda "Konyaspor" "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, bu, komandanın baş məşqçisi Aleksandar Stanyoviçin baş məşqçiliyi altında "Konyaspor"un Superliqada ilk qələbəsi olub.
Stanoyeviç qələbə münasibətilə Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi komandaya təşəkkür edib:
"Futbolçularıma minnətdaram. Bütün heyətə çox tşəkkür edirəm. Təbii ki, hamımız üçün çox gözəl bir nəticə oldu. Qələbəyə görə şadam. Xüsuilə də "Qalatasaray" kimi uzun ötürmələrlə, müdafiənin arxasında pressinq edən, əks-hücumda yaxşı olan bir komandaya qarşı çox yaxşı çıxış etdik".
Qeyd edək ki, meydana start heyətdə çıxan 25 yaşlı hücumçu 79-cu dəqiqədə Oğulcan Ülgünlə əvəzlənib.