Türkiyə Super Liqasının XXVI turunda "Konyaspor" "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, Konya təmsilçisinin 93-cü dəqiqədə qələbə qolundan sonra qapıçı İbrahim Şehiç tribunalara Mauro İkardinin qol sevincini nümayiş etdirib. 

Buna "Qalatasaray"ın kapitanı Fernando Muslera sərt reaksiya göstərib və tərəflər arasında dava düşüb. 

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.

Görüntüləri təqdim edirik: