Türkiyə Super Liqasının XXVI turunda "Konyaspor" "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli "sarı-qırmızılar"ı məğlub etdikləri oyundan sonra paylaşım edib:
"İnanmaq uğurun yarısıdır deyirlər. Sübut etdik. Təbriklər "Konyaspor"!
Qeyd edək ki, meydana start heyətdə çıxan 25 yaşlı hücumçu 79-cu dəqiqədə Oğulcan Ülgünlə əvəzlənib.