"Yuventus" klubu futbolçusu Pol Poqba ilə yolları ayırmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi cari mövsümün sonunda fransalı yarımmüdafiəçiyə azad agent statusu verəcək. Tez-tez zədələnən 30 yaşlı oyunçunun "Qoca sinyora" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, Poqba ilə “Qalatasaray” klubu maraqlanır. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, menecerlərin Poqbanı "Qalatasaray"a təklif etdiyi iddia edilir. "Qalatasaray"ın maliyyə məsələləri yaxşı olarsa transferə razılıq verdiyi bildirilir.