Türkiyə Super Liqasının XXVI turunda "Konyaspor" "Qalatasaray"la üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, oyundan öncə Azərbaycan millisinin futbolçusu Mahir Emreli "sarı-qırmızılar"a qarşı matç barədə fikirlərini bölüşüb:
"Oyuna diqqətimizi cəmləşdirmişik. Rəqibi tanıyırıq. Liqada ilk pillədədirlər. Yaxşı qələbə seriyaları var, amma biz bu seriyaya son qoya bilərik".
Qeyd edək ki, "Konyaspor" - "Qalatasaray" qarşılaşması martın 17-də saat 21:00-da baş tutacaq.