Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Akşam"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi yenidən Aleks Tellesi sıralarına qatmağa yaxındır.
Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan və hazırda icarə əsasında "Sevilya"da top qovan müdafiəçi üçün artıq rəsmi danışıqlar aparılır. İlkin razılığın əldə olunduğu da qeyd olunur. "Cim-bom" onun üçün "Mançester Yunayted"ə 14 milyon avro ödəyəcək.
Qeyd edək ki, 30 yaşlı braziliyalı futbolçu 2014-2016-cı illərdə "Qalatasaray"da çıxış edib.