Türkiyə Super Liqasının 25-ci turunda "Kasımpaşa" klubunu məğlub edən (1:0) "Qalatasaray" rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, bu, İstanbul təmsilçisinin çempionatda ardıcıl 14-cü qələbəsi olub.
Bununla da, "Cim-bom" Türkiyə çempionatları tarixində ən uzun qələbə seriyasına sahib olub. Bundan əvvəlki rekord "Beşiktaş"a aid idi. "Qara qartlar" 1959/1960 mövsümündə ardıcıl 13 oyunda qalib gəlmişdi.