Türkiyənin "Konyaspor" klubu Zaqreb "Dinamo"sundan icarəyə götürdüyü Mahir Emrelini rəsmən təqdim edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə səhifəsi vasitəsi ilə məlumat yayıb.

Millimizin üzvü ilə yanaşı, digər yeni transferlər Metehan Mert, Alejandro Pozuelo və Marlos Moreno üçün imzalanma mərasimi təşkil olunub.

İmzalanma mərasimindən sonra yeni transferlər klubun forması ilə şəkil çəkdiriblər. M.Emreli yeni forma ilə əsgər salamı verib. 

Xatırladaq ki, "Konyaspor" M.Emrelini fevralın 14-ü bu mövsümün sonuna kimi icarəyə götürmüşdü. Ancaq Türkiyədə zəlzələ səbəbindən təqdimetmə mərasimi təxirə salınmışdı.