Türkiyənin "Konyaspor" klubu yeni baş məşqçiyə həvalə olunacaq.
Offsideplus.az "Ajansspor"a istinadla xəbər verir ki, Super Liqa təmsilçisi bu posta tanınmış türkiyəli mütəxəssis Sərgən Yalçını gətirməyə hazırlaşır.
"Konyaspor" rəhbərliyi ümidləri doğrultmayan hazırki çalışdırıcı Stanoyeviçlə yaxın vaxtlarda yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Sərgən Yalçın 2018-ci ildə "Konyaspor"u çalışdırıb. O, son olaraq "Beşiktaş"da işləyib.
Onu da bildirək ki, Azərbaycan millisinin hücumçusu, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli də icarə əsasında "Konyaspor"da çıxış edir.