"Beşiktaş"la Super Liqa və Türkiyə Kubokunun qalibi olandan sonra baş məşqçi vəzifəsindən gedən Sergen Yalçın yenidən Türkiyə klubunu çalışdıra bilər.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" komandasının baş məşqçi postuna namizəddir. Baş məşqçi Aleksandar Stanoyeviç Konya təmsilçisində gözlənilən ümidləri doğrutlmayıb.
"Yaşıl-bəyazlar" 2017-2018 mövsümündə də komandaya rəhbərlik edən Sergen Yalçın ilə əlaqəyə keçib.
Qeyd edək ki, "Konyaspor" Stanoyeviçin rəhbrəliyi altında çıxdığı 5 oyundan 4-də meydandan xalsız ayrılıb. Kollektiv son turda "Fəbərbağça"ya uduzub.