"Fənərbağça" klubunun ekvadorlu futbolçusu Enner Valensiya mövsümün sonunda komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, Türkiyə Super Liqasının bombardiri olan hücumçu İstanbul təmsilçisi ilə yayda başa çatan müqaviləsini uzatmayacaq. 33 yaşlı forvardın karyerasını harada davam etdirəcəyi də məlumdur.
O, Braziliyanın "İnternasyonal" klubu ilə razılıq əldə edib.
Qeyd edək ki, Enner Valensiya 2020-ci ilin yayından "Fənərbağça"da çıxış edir.