Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubunda debüt edib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçuçu "Afyonspor"a qarşı yoldaşlıq oyununda meydana çıxıb.
Qarşılaşma Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli matça start heyətdə başlayıb və ikinci hissədə əvəzlənib.
Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan Emrelinin "Konyaspor"la icarə müqaviləsi bu mövsümün sonuna qədərdir.