Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.
Offsideplus.az Rusiya mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi, Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Arsen Zaxaryanı heyətinə qatmaq istəyir.
19 yaşlı erməniəsilli futbolçu isə "Qalatasaray"dan ilinə 2,5 milyon avro maaş tələb edir. Onun bu təqdirdə "sarı-qırmızılılar"la anlaşa biləcəyi qeyd olunub.
"Cim-bom" rəhbərliyi hazırda həm klub, həm də futbolçunun özüylə danışıqları davam etdirir.