"Qalatasaray" klubunun Anxel di Mariyanı transfer etmək arzusu reallaşmayacaq.
Offsideplus.az xəbər verir ki, təcrübəli argentinalı vinger İstanbul klubuna keçməkdən imtina edib.
35 yaşlı yarımmüdafiəçi hazırki klubu "Yuventus"da qalmağa üstünlük verib.
O, mövsümü İtaliyada başa vurmaq niyyətindədir. Gələcək karyerası ilə bağlı qərarını yayda verəcək.