"Başakşehir" klubunun baş məşqçisi Emre Belözoğlu Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək olub.
Offsideplus.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Türkiyə Tek Yürek" kampaniyasına qoşulub.
Kampaniya çərçivəsində Superliqada mübarizə aparan 4 böyük klubun prezidentləri Dursun Özbek ("Qalatasaray"), Ahmet Nur Çebi ("Beşiktaş"), Ali Koç ("Fənərbaxça") və Ahmet Ağaoğlu ("Trabzonspor") zəlzələdən zərəçəkənlər üçün hazırlamış proqramda canlı yayımda yardım toplayıblar.