"Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Moskva "Dinamo"sunun erməniəsilli yarımmüdafiəçisi Arsen Zaxaryanı rənglərinə bağlamaq niyyətindədir.
Məlumatlara görə, "Qalatasaray" rəhbərliyi 19 yaşlı futbolçunun keçidi üçün artıq qarşı tərəflə 11 milyon avroya razılaşıb.
Qeyd edək ki, Rusiyanın Samara şəhərində doğulan Zaxaryan şimal qonşumuzun milli komandasında da çıxış edir.