Türkiyədə zəlzələ ilə bağlı təxirə salınmış futbol liqalarında oyunların yeni tarixi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlama verib.
O, Super Liqa, 1-ci Liqa və digər çempionatlar martın 3-4-də bərpa olunacağını deyib.
Qeyd edək ki, daha əvvəl 10, 11, 12 və 13 fevrala nəzərdə tutulan Superliqa, 1,2, 3-cü liqaların matçlarının 17, 18, 19 və 20 fevralda oynanılacağı bildirilmişdi.