"Qalatasaray" klubunun yeni transferi Nikolo Zaniolo dağıntılar altında qalan 17 yaşlı Muhammed Emin Özkanın şərəfinə 17 nömrəli formada çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
O, Türkiyəyə gələr-gəlməz "Nef stadionu"ndakı zəlzələ qurbanlarına Yardım Mərkəzində qablaşdırmaya, yardımların daşınmasına kömək edib.
Qeyd edək ki, "Qalatasaray" İtaliya millisinin üzvü ilə 2027-ci ilədək müqavilə imzalayıb.