"Qalatasaray"ın yeni transferi Nikolo Zaniolo Türkiyə futbol tarixinin ən bahalı ikinci keçidi olub. 

Offsideplus.az xəbər verir ki, "Cim-Bom" 23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Futbolçunun illik maaşı 3,5 milyon avro olacaq. 
"Qalatasaray" İtaliya millisinin üzvü üçün "Roma"ya 15 milyon avro ödəyəcək. 

Türkiyə futbol tarixinin ın bahalı 10 transferini təqdim edirik:

10- Elvir Baljic / 9.5 milyon avro ("Fənərbağça")

9- Moussa Sow / 10 milyon avro ("Fənərbağça")

8- Raul Meireles / 10 milyon avro ("Fənərbağça")

7- Younes Belhanda / 10 milyon  avro ("Qalatasaray")

6- Bruma / 13 milyon  avro ("Qalatasaray")

5- Emmanuel Emenike / 13 milyon  avro ("Fənərbağça")

4- Mbaye Diagne / 13 milyon avro ("Qalatasaray")

3- Dani Güiza / 14 milyon avro ("Fənərbağça")

2- Nicolo Zaniolo / 15 milyon avro ("Qalatasaray")

1- Jardel / 17.05 milyon avro ("Qalatasaray")