Türkiyədə qış transfer dönəminin müddəti uzadılacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Yanvarın 12-də açılan və bu gecə bağlanmalı olan qış transfer dönəminin müddəti ölkə ərazisindəki dağıdıcı zəlzələ səbəbindən 10 gün artırılacaq.
TFF artıq bununla bağlı FİFA-ya rəsmi müraciət edib və şifahi razılıq əldə olunub. Tezliklə yazılı razılığın da açıqlanması gözlənilir.