Türkiyə Super Liqasının 22-ci turunda "Trabzonspor"la oyunda (2:1) zədələnən "Qalatasaray"ın qapıçısı Fernando Musleranın durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, bu gün tibbi müayinədən keçən uruqvaylı qolkiper 1 aya yaxın müddətdə meydana çıxa bilməyəcək. Onun ayaq sümüyündə zədə var.
Xatırladaq ki, 36 yaşlı qapıçı matçın 85-ci dəqiqəsində zədələnib. Meydanı xərəkdə tərk edən oyunçu göz yaşlarını saxlaya bilməyib.