“Ankaragücü” klubu heyətini yeni oyunçularla gücləndirib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Pari” klubundan Felisio Milsonu, Bosniya və Herseqovinanın “Sarayevo” komandasından isə Andrey Cokanoviçi transfer edib.
Milson bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 6 aylıq icarə üçün Rusiya klubuna 100 min avro ödəniləcək. Futbolçunun birdəfəlik transferi üçün isə 700 min avro ödənilməlidir.
Cokanoviç isə transfer hüquqlarıyla birgə alınıb. Super Liqa təmsilçisi bunun üçün “Sarayevo”ya 760 min avro ödəyib.