"Hatayspor"un baş məşqçisi Volkan Demirel bu gün səhər saatlarında Türkiyədə baş verən zəlzələ ilə bağlı yardım istəyib.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça"nın sabiq qapıçısı İnstaqram hesabındakı canlı yayım zamanı göz yaşları içində Hatay bölgəsindəki insanlara kömək edilməsi üçün müraciət edib.
"Nə qədər imkan varsa, hamısını göndərməyinizi istəyirəm. Sadəcə Hatay yox, digər bölgələrdəki vəziyyət də eynidir. Allah xatirinə, yardım edim".
Xatırladaq ki, son məlumata görə, zəlzələ zamanı 912 nəfər ölüb, 5385 nəfər yaralanıb.
Hatayspor'un teknik direktörü Volkan Demirel deprem sonrası yardım istedi. pic.twitter.com/qADTslxMCb
— ibrahim Haskoloğlu (@haskologlu) February 6, 2023