"Ankaragücü" klubunun baş məşqçisi Ömər Erdoğan istefa verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Super Liqanın 23-cü turunda "Fatih Karagümrük"ə məğlubiyyətdən (0:2) sonra özü bu barədə yerli mətbuata açıqlama verərkən deyib.
Qeyd edək ki, Ömər Erdoğan 2022-ci ilin avqust ayından "Ankaragücü"nü çalışdırırdı. Paytaxt təmsilçisi hazırda Super Liqada 22 xalla 14-cü pillədə qərarlaşıb.