"Fənərbağça" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi, "Çelsi"nin mərakeşli vingeri Hakim Ziyeşi transfer etməyə çalışır.
Bugünlərdə PSJ-yə keçidi sənədləşmə səhvləri ucbatından alınmayan 29 yaşlı futbolçunun "Çelsi"də qalmaq niyyətində olmadığı bildirilir.
"Zadəganlar"ın baş məşqçisi Qrem Potter də Ziyeşi qarşıdakı mövsümdə sərəncamında görmək istəmir.
Super Liqa təmsilçisi təcrübəli futbolçu üçün qarşı tərəfə rəsmi təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Ziyeş 2020-ci ildə "Ayaks"dan London klubuna keçib.