"Fənərbağça"nın futbolçusu Bruma karyerasını ölkəsində davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb. 28 yaşlı futbolçu mövsümün qalan hissəsini "Braqa"da keçirəcək. Portuqaliyalı vinger icarə əsasında yeni komandasında oynayacaq.
Xatırladaq ki, o, bu mövsüm bütün turnirlərdə cəmi 5 oyunda meydanda olub.
Qeyd edək ki, "Fənərbağça" Brumanı cari mövsümün əvvəlində PSV-dən icarəyə götürmüşdü. İstanbul təmsilçisi bir neçə gün əvvəl isə onu 4 milyon 250 min avro qarşılığında birdəfəlik transfer etmiş və 3.5 illik müqavilə imzalamışdı.