Super Liqada cari mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, "Qaziantep" Erol Bulutla yollarını ayırıb. 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vurulub.
Qeyd edək ki, Erol Bulut 2021-ci ilin iyun ayından "Qaziantep"i çalışdırırdı. Komanda Türkiyə Super Liqasında 20 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.