Super Liqa təmsilçisi "Ankaragücü" futbolçusu Eren Derdiyokla yollarını ayırıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı hücumçunun müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Eren Derdiyok daha öncə Türkiyədə "Kasımpaşa", "Qalatasaray" və "Göztəpə"nin formasını geyinib. Türk əsilli isveçrəli forvard  "Ankaragücü"nün heyətində bütövlükdə 32 oyun keçirib, 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.