"Fənərbağça" klubu futbolçusu İsmail Yüksekin sözləşməsinin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2027-ci ilin yayınadəkdir.
Qeyd edək ki, "Fənərbaxça" İsmail Yükseki 2020-ci ilin iyununda "Gölcükspor"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.