Türkiyənin "Qalatasaray" klubunun argentinalı hücumçusu Mauro İkardi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Offsideplus.az İtaliya mətbuatına istinadla xəbər verir ki, 29 yaşlı forvardın müqavilə ilə məxsus olduğu PSJ klubu onu "Milan"a satmağı planlaşdırır. Belə ki, Liqa 1 təmsilçisi "Milan"dan Rafael Leaonu almaq üçün qarşı tərəfə İkardi və pul təklif edir.
Bu xəbər "Qalatasaray" azarkeşlərini məyus edib. Fanatlar "cim-bom"un əsas futbolçularından olan İkardinin klubdan getməsini istəmirlər.
Qeyd edək ki, argentinalı oyunçu ötən ildən icarə əsasında İstanbul təmsilçisində çıxış edir.